"Arvadım çox deyinirdi, boğub öldürdüm" - BAKIDA DƏHŞƏTLİ HADİSƏ
Yanvarın 24-nə keçən gecə Suraxanı rayonu, Əmircan qəsəbəsində 33 yaşlı kişinin keçmiş həyat yoldaşını boğaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Minval.İnfo Lent.az-a istinadən xəbər verir ki, Hasil Bayramov küçəsində yerləşən mənzildə 1985-ci il təvəllüdlü Babayev Rahib Telman oğlunun 1992-ci ildə anadan olmuş Orucəliyeva Ülviyyə Sulduz qızını ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.
Bildirilir ki, onlar rəsmən boşansalar da, birgə yaşamağa davam ediblər. Hətta R.Babayev birgə yaşamalarına baxmayaraq, məhkəmənin 2 övladı ilə bağlı təyin etdiyi aylıq alimenti də ödəyirmiş. Fəhlə işləyən Rahib eyni zamanda ailəsi ilə əlaqələrini kəsməyib. Lakin onunla rəsmən boşandığı həyat yoldaşı arasında vaxtaşırı mübahisələr davam edirmiş.
Yanvarın 23-də axşam saatlarında onlar növbəti dəfə mübahisə ediblər. Daha sonra uşaqlar yatıb. R.Babayev də yuxuya gedib.
Həyat yoldaşını öldürəndən sonra polisə təslim olan 33 yaşlı Rahib Babayev deyib ki, yatandan sonra xanımı onu oyadıb və deyinməyə davam edib. Buna əsəbləşən R.Babayev gecə saat 3 radələrində 26 yaşlı Ülviyyəni boğmağa başlayıb. Qadının öldüyünü görən kişi dərhal küçəyə çıxıb və Əmircanda küçədən keçən post patrol maşınının qarşısını kəsərək arvadını öldürdüyünü, polisə təslim olmaq istədiyini deyib. Hadisə yerinə gələn polislər Rahibin doğru dediyini görüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah nəqliyyat xaosu: Hazırlıqlı olun!
Azərbaycanda 3600 illik döyüşçü məzarı tapıldı
Mersin limanında 350 kq kokain ələ keçirildi
Sosial şəbəkədə porno video yayanlar saxlanıldı
Bakının Xətai rayonunda yollar bağlandı!
Qusarda kəsici alətlə təxribat: 22 yaşlı şəxs saxlanıldı
Geyimlərdəki kimyəvi maddələrdən allergiya riski!