24.06.2018 - 21:35
İdman
14 baxış
Argentinalı futbolçular baş məşqçidən imtina edirlər
Argentina yığmasının futbolçuları indiki baş məşqçi Xorxe Sampaolinin dünya çempionatının qrup mərhələsinin sonuncu matçında komandaya rəhbərlik etməsini istəmirlər.
Minval.info-nun “Daily Mail”ə istinadən verdiyi məlumata görə, futbolçular yığıncaq keçiriblər və X.Sampaolinin Nigeriya ilə oyunda komandaya rəhbərlikdən azad olunmasının lehinə səs veriblər.
Onun yerinə 1986-cı il dünya çempionu 58 yaşlı Xorxe Burruçaqanın gətirilməsi ehtimal olunur. Əgər X.Sampaoli vəzifəsindən azad olunsa, 17 milyon avro alacaq.
Xatırladaq ki, Argentina yığması ötən gün Xorvatiya komandasına 0:3 hesabı ilə uduzub. Argentina iyunun 26-da Nigeriya millisi ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
08.09.2026 - 12:36
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
08.09.2026 - 11:26
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
06.09.2026 - 16:16
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
05.09.2026 - 23:07
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
05.09.2026 - 19:30
Sabah və Zirə liderlik üçün üz-üzə!
05.09.2026 - 09:42
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
05.09.2026 - 09:21
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
04.09.2026 - 14:20