Argentina yığmasında qalmaqal: Nigeriya önündə baş məşqçisiz!
Dünya çempionatında uğursuz çıxış edən Argentina millisində qalmaqal yaranıb.
Minval.info apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli jurnalistlərdən biri Tvitter səhifəsində yazıb.
O bildirib ki, cənubi amerikalıların futbolçuları İslandiya və Xorvatiya ilə qarşılaşmadakı uğursuzluğu baş məşqçi Xorxe Sampaoli ilə əlaqələndirirlər və Nigeriya ilə qrupun son matçında onun rəhbərliyi altında oynamaq istəmirlər. Bununla bağlı oyunçular Argentina Futbol Federasiyasına müraciət ediblər. Komandanı afrikalılarla görüşə 1986-cı ildə Argentina ilə dünya çempionu olan Xorxe Burruçaqa çıxara bilər.
Qeyd edək ki, İslandiya ilə heç-heçə edib (1:1), Xorvatiyaya məğlub olan (0:3) Argentina qrupun son turunda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır