Antalyada Azərbaycanlı uşaq hovuzda boğuldu
Türkiyəyə istirahətə gedən Azərbaycanlı ailə faciə ilə üzləşib.
Minval.info unikal.org-a istinadən xəbər verir ki, Antalyanın Manavgat mahalına ailəsiylə birlikdə tətilə gələn 10 yaşlı Azərbaycanlı Ayxan Zamanov otelin hovuzunda boğulub.
Dünən Azərbaycandan Antalyaya ailəsiylə birlikdə tətilə gələn Ayxan Zamanov saat 14.00 radələrində Manavgattaki 5 ulduzlu otelə yerləşdirilib. Ailəsiylə otağında dincələn Ayxan Zamanov, türkiyə vaxtı ilə saat 17.00 radələrində, üzmək üçün hovuza girib.
Bir müddət hovuzda üzən Zamanovun çırpınmağa başladığını görənlər, onu dərhal hovuzdan çıxarıblar.
Ayxan Zamanova, otel işçiləri tərəfindən ilkin yardım edib və hadisə yerinə təcili yardım çağırıblar.
A.Zamanov təcili yardım avtomobili ilə Serik Dövlət Xəstəxanasına aparılarkən yolda keçinib.
Onun meyti müayinə olunmaq üçün Antalya Ədli Tibb Təşkilatına gətirilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi