“Ancaq kiminsə övladı vəzifədədirsə, aldığı pensiya onu təmin edir”

“Biz bu gün ölkədə milli dirçəlişdən danışırıq, bəs ölkədə sosial dirçəlişdən danışmaq olarmı? Ancaq kiminsə övladı vəzifədədirsə, həmin şəxsin aldığı pensiya onu təmin edir, digər pensiyaçıları isə qane etmir. Ac qalmamaq üçün pensiyanı idarə edir”.
Minval.info xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.
Millət vəkili yaşa görə pensiyanın 130 manat məbləğində təyin edilməsinin utancverici məbləğ olduğunu bildirib: “Nazirliyin qurumu olan Dost mərkəzi işsizlərə 250-300 manatlıq iş təklif edir. İmkan yaratmaq lazımdır ki sahibkarlar iş yeri yaratsın, işsizlik azalsın”.
Deputat Qənirə Paşayeva isə çıxışında bəzi şəhid ailələrinin mənzil təminatı məsələsinə toxunub: “Ailələr bizə müraciət edib ki, onlara daha kiçik kvadratlı mənzillər təklif edilir. Halbuki şəhid özü yaşasaydı, alacağı mənzil daha böyük ölçülü olardı. Halbuki həmin şəhidlər illərlə vətənə qüsursuz xidmətləri ilə seçiliblər.
Həmçinin təklif edirəm ki, hansı qurumlar qazi və şəhid ailələrini işlə təmin edibsə, onların sayını açıqlasın”.
Deputat Siyavuş Novruzov isə deyib ki, vaxtilə hansısa səbəblərdən səhv pensiya alanlardan indi onları hissə-hissə tələb etmək düzgün deyil: “Həmin insanlar təqaüdünü ehtiyacdan alıb. Ona o pulu dövlət qurumu verib. Bunun təzədən hissə- hissə qaytarılmasını təklif etmək səhv addım olardı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq
Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır
"Burada yumurtanın biri 20 manatdır" - "Viləş"də gözlənilməyən hesab
Bayıldakı sürüşmə - VİDEO
Rayonlara avtobuslar bu qiymətə gedəcək
Vətən müharibəsi qazisi leykozdan əziyyət çəkir - Yardım edək-FOTO
Sahil Babayevdən pensiya açıqlaması — Beş illik plan hazırlanır