Anar Mədətov: Fevral ayının 15-də mən evi tərk etmişəm
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.
Məsələ ilə bağlı Oxu.Az–ın əməkdaşı Mahirin atası, prodüser Anar Mədətovla yenidən əlaqə yaradıb. O baş vermiş hadisənin detalları haqqında danışaraq, bunları söyləyib:
“Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfindən mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zaman ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır”.
Anar həmin evin ona məxsus olduğunu bildirsə də, evdə eks-həyat yoldaşı Elnurə Mədətova ilə uşaqlarının yaşadığını söylədi:
“Evi mən öz zəhmətim bahasına tikib, qurmuşam. Hazırda isə orada keçmiş həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O vaxtdan evdən heç bir xəbərim olmayıb”.
Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, mobil telefonlar və beş min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Qazax magistralında avtomobil sement daşıyan maşına çırpılıb
Orfoqrafiya Komissiyası bu sözlərin yazılışını dəyişdirdi
Karantin rejiminə əməl etməyib belə əyləndilər - Video
Dekarın 25-dən 27-dək Bakıda güclü külək olacaq
Cəbrayıl şəhərinin azad olunmasından bir il ötür
700 bal toplayan abituriyent: “Heç bir hazırlıq kursuna getməmişəm”