Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi – Video
İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.
Minval.info-nun məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.
Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.
Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, “Qoy duysun hamı… Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürəm”, – deyə selfi edərək paylaşıb.
Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.
Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.
Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah bəzi marşrut xətlərinin trayektoriyası dəyişdiriləcək
""İrşad Electronics"dən mobil telefon almayın" - Şirkətə qarşı ciddi İDDİA
Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı
Azərbaycan bazarlarında xaricdən gətirilən qarpız satılır? - RƏSMİ CAVAB
Bu dövlət orqanlarında işləmək istəyənlərin nəzərinə
Çimərlik ətrafındakı qanunsuz hasarlar söküləcək – XƏBƏRDARLIQ – VİDEO
