Bakıda 14 yaşlı qızın videolarını yayan şəxs 5 il həbs olundu
Bakıda yetkinlik yaşına çatmayan qızın şəxsi görüntülərini sosial şəbəkələrdə yayan şəxs ciddi cəza aldı. Məhkəmə qərarına əsasən, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Minval.info xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan 2000-ci il təvəllüdlü Malik Məmmədov adlı şəxs Cinayət Məcəlləsinin 171-1-ci maddəsinə uyğun olaraq uşaq pornoqrafiyasının dövriyyəsi ilə əlaqədar məsuliyyətə cəlb olunub.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, Malik Məmmədov “Instagram”da tanış olduğu 14 yaşlı qızın intim görüntülərini əldə edərək onları saxlayıb və qohumlarına göndərib. O, qızın qohumlarının telefon nömrələrini tələb edərək alıb və münasibətlər pozulduqdan sonra videoları qızın anası və digər qohumlarına göndərib.
ƏLAQƏLİ
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı
Cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Malik Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib və son məhkəmə iclası oktyabrın 1-də keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı
143 milyon manatlıq mənimsəmə işi: generalın apellyasiyası rədd edildi
Bakının Xətai rayonunda 18 yaşlı gənc qətlə yetirildi
Azərbaycanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat uğurla nəticələnib
Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü
Füzulidə ata qızına təcavüz etdi: dəhşətli cinayət faktı ortaya çıxdı
Biləsuvarda toy mübahisəsi faciə ilə bitdi