Amerika təyyarədaşıyanı Fars körfəzinə girdi, İran raket atdı
ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxmasından bu yana ilk dəfə Fars körfəzinə Amerika təyyarədaşıyan qruplaşması daxil olub.
Virtualaz.org“Assosiated press”ə istinadən xəbər verir ki, “Jhon C.Stennis” təyyarədaşıyanıın başçılığı ilə zərbə qruplaşması körfəzə daxil olarrkən İranın İnqilab Keşikliləri Korpusunun dəniz qüvvələrinin gəmiləri onu izləməyə başlayıblar.
Agentliyin məlumatına görə “hansısa məqamda” İran gəmiləri “qarşı tərəfə raketlər buraxıblar və havaya pilotsuz aparat qaldırıblar”.

Hadisənin digər detalları məlum deyil. Pentaqon hələlik insidenti şərh etməyib. “Assosiated Press” qeyd edir ki, Amerika təyyarədaşıyan qruplaşmasının Fars körfəzinə daxil olması İran hakimiyyətinin Hörmüz körfəzini neft tankerlərinə bağlaya biləcəyi barədə təhdidlərindən sonraya təsadüf edir. Hörmüz körfəzi Fars körfəzi ilə birləşir və oradan dəniz yolu ilə daşınan neftin üçdə bir hissəsi keçir.
Hörmüz körfəzi İranın və Omanın ərazi sularıdır, amma ümumən bu rayon beynəlxalq tranzit marşrutunun bir hissəsidir və Amerika gəmiləri də müntəzəm olaraq oradan keçir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü