Almaniyanın XİN başçısı: “Avqustun 31-dən sonra Əfqanıstandan təxliyə variantları dəyişə bilər”
Almaniyanın xarici işlər naziri Heiko Maas Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının avqustun 31-dən sonra Əfqanıstan evakuasiya işlərinin qadağan olunması barədə açıqlamasına münasibət bildirib.
“Minval.info” “Əl-Ərəbiyə”yə istinadən xəbər verir ki, nazir 31 avqustdan sonra təxliyə işlərinin başqa variantlarda davam etdirilə biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, 31 avqustdan sonra evakuasiya işləri hərbi əməliyyat formasında yox, məsələn, xüsusi mülki aviareyslər kimi davam edə bilər.
“31 avqustdan sonra Əfqanıstandan təxliyə variantları dəyişə bilər. Bunun üçün “Taliban”la danışıqlar aparırıq. Həmçinin detallar Əfqanıstana qonşu olan ölkələr və bizim beynəlxalq tərəfdaşlarımızla müzakirə edilir. Ola bilər ki, 31 avqust tarixindən sonra təxliyə işləri hərbi əməliyyat kimi deyil, məsələn, xüsusi mülki aviareyslər formasında davam etdirilsin. Başqa variant isə insanların quru yolu ilə Əfqanıstandan çıxarılmasıdır”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
7 hərbçi şəhid oldu, 25 yaralı var - Ərdoğan açıqladı
Zelenski ilk prezident maaşını aldı - Məbləği...
Türkiyənin Suriyadakı hərbçisi terrorçularla atışmada şəhid olub
İranda “Google” bloklandı
Kim Çen Inın dəfn mərasiminə hazırlıq gedir - İddia
Rusiya Koreyada nüvə stansiyası tikir? - Rəsmi AÇIQLAMA