Almaniyada hərbi qruplaşmanın siyasətçilərə qarşı terror aktlarının üstü açılıb
Almaniyanın Cinayət Polisinin Federal İdarəsi bundesverin, xüsusi təyinatlı dəstənin hərbçiləri tərəfindən və Uniter assosiasiyası elit əsgərləri tərəfindən təşkil edilmiş siyasi qətllər məqsədli sui-qəsdin üstün açıb.
Bu barədə “Report” “Focus jurnalına istinadən xəbər verir.
Qeyd edilir ki, hərbi qruplaşma siyasətçiləri məhv etməyə hazırlaşırmış. Sui-qəsdçilər öz planlarının həyata keçəcəyi gün hələ müəyyənləşdirilməyib.
Onların qurbanlarının tam siyahısı da hələ məlum deyil. Lakin qruplaşma üzvlərinin hədəfləri arasında Bundestaqda solçu partiyaların fraksiyasının başçısı Ditmar Bartç olub. Jurnalın versiyasına görə, sui-qəsdçilərin qətllərdən sonra nə etməyə hazırlaşdıqları da məlum deyil.
Qruplaşmanın üzvləri Almaniyanın silahlı qüvvələrində və xüsusi təyinatlı dəstədə xidmət ediblər. Onlar gizli yığıncaqlarda gələcək fəaliyyətlərini müzakirə ediblər.
Sui-qəsdçilərin planlarının üstünün açılmasına səbəb bundesverin əsgəri Franko A-nın işi ilə bağlı araşdırma olub. O, hakimiyyət orqanlarına qarşı terror aktlarını planlaşdırırmış. Əsgər törədəcəyi terror aktlarını miqrantların üstünə atmaq üçün Miqrasiya Xidmətinə guya Suriya qaçqını olması barədə yanlış informasiya verib.
Avstriyada isə ordunun keçmiş zabitinin İranda əməkdaşlığa cəlb edildiyi müəyyənləşib. Rusiyaya casusluqda təqsirləndirilən keçmiş polkovnik hələ 1988-ci ildə İranda SSRİ kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dan qorxunc proqnoz: III Dünya Müharibəsinin başlaya biləcəyi 4 bölgə
Gürcüstanda şaxtada qəza: Ölənlər var
Məşhur türk modeli qayınanasını həbs etdirdi — ŞOK SƏBƏB
“Tezliklə Almaniyada Avropanın ən böyük ordusu olacaq” - Şolts lovğalanıb
Tramp: "Gələn həftə Venesuelada çox şey baş verəcək, bəlkə də daha tez"
Kral oğlunu nazir təyin etdi