Almaniyada axtarışda olan Azərbaycan vətəndaşı Fransada saxlanılıb

Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.
“MİNVAL.İNFO”un Avropa bürosununun məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.
Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.
Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.
Nəhayət ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq mühafizə orqanlarına təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!