Almaniya Azərbaycan vətəndaşlarının deportasiyasına 1 milyon 800 min avro xərcləyib
2021-ci ilin əvvəlindən indiyə kimi Azərbaycan vətəndaşlarının Almaniyadan deportasiyası federal hökumətə 1 milyon 800 min avroya başa gəlib.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, xərcin böyük hissəsi çarter reyslərinin təşkil edilməsi, polis və miqrasiya əməkdaşlarının prosesə cəlb edilməsi, eyni zamanda deportasiyadan qaçan şəxslərin saxlanılaraq, yataqxanalarda müvəqqəti saxlanılmalarına xərclənib.
Almaniya hökuməti ən çox Əfqanıstan vətəndaşlarının deportasiyasına pul xərcləyib. Əfqanıstana təşil olunan çarter reyslərində 20-ə yaxın sığınacaq axtaranı Kabil hava limanına qədər polis əməkdaşları müşaidə ediblər. Bu ölkə vətəndaşlarından ibarət bir kütləvi deportasiya federal hökumətə təxminən 500 min avroya başa gəlib.
Qeyd edək ki, yanvar ayından indiyə kimi Almaniyadan Azərbaycan vətəndaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!