All Digital Month başlayır!
All Digital Month başlayır!
“İrəli” İctimai Birliyi dinamik, daima yeniliyə və inkişafa can atan gənclərin faydalana biləcəyi bir layihəyə start verir. 25 mart – 25 aprel müddətini “All Digital Month” (Rəqəmsal ay) elan edir. Həmin 1 ay ərzində “İrəli” İB onlayn formatda müxtəlif mövzularda öyrədici və əyləncəli təlimlər, vebinarlar, görüşlər və intellektual oyunlar həyata keçirməyi planlaşdırır.
Bu mövzulara beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, CV və motivasiya məktublarının yazılması, karyera seçimi, gənclərlə işin təşkili, sosial şəbəkələrdən istifadə qaydaları, bədən dili, psixologiya, hüquq, tənqidi düşüncə və s. aiddir. Həmçinin, qazilər, yazıçılar və bəstəkarlarla onlayn görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Karantin rejimi qaydalarına uyğun şəkildə həyata keçirilən layihənin əsas məqsədi gənclərin:
- Asudə vaxtının səmərəli şəkildə təşkili;
- Rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi;
- Onlayn resurslar haqqında məlumatlılığının artırılması;
- Peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsi;
- Mövcud vəziyyətdə fərqli istiqamətlər üzrə maarifləndirilməsidir.
Rəqəmsal ay layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətdir. Keçən il karantin ayında uğurla həyata keçirilən bu layihədə 30-dan çox gənc iştirak edib və artıq ikinci ildir ki, həyata keçirilir.
Qeyd edək ki, “İrəli” İB 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Twitter”də yeni aksiya həyata keçirəcək. Aksiyanın məqsədi mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında geniş məlumatlandırma işi aparmaqdır.
Aksiyaya qoşulmaq istəyən gənclər “Twitter”də #31MarchGenocide, #Azerbaijan, #ireli2021, #WeRemember həştəqlərindən istifadə edərək Azərbaycan həqiqətlərinin daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?
