Alimpaşa Məmmədovun 10 milyonluq əmlakı üzərinə həbs qoyulub - SİYAHI
Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədovun bir sıra əmlakları üzərinə həbs qoyulub.
Musavat.com APA-ya istinadla xəbər verir ki, bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş həmin əmlaklar aşağıdakılardır:
1. “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)
2. “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)
3. Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat)
Xatırladaq ki, Alimpaşa Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq bitarək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Samiranın Dubaydakı dəbdəbəli həyatı - FOTOLAR
Valeh Ələsgərov yeni vəzifəyə təyin olunub - SƏRƏNCAM
Koronavirus xəstələri ictimai yerlərdə müəyyən olunaraq saxlanılıblar
DSX-nin əsgəri özünü güllələdi
Polisin bu səlahiyyəti “ASAN Xidmət”ə verilə bilər
Prezidentlə otel işçisi arasında maraqlı dialoq - Video