Alimlərdən şok təklif: Yer kürəsinin əhalisi 4 milyarda endirilsin!
Beynəlxalq alimlər qrupu, Yer kürəsinin ekoloji tarazlığını qorumaq məqsədilə dünya əhalisinin 2200-cü ilə qədər təxminən 4 milyard nəfərə endirilməsini təklif edir.
Minval.info xəbər verir ki, Daily Mail-in məlumatına görə, son əsrdə dünya əhalisi 8,3 milyarda çataraq planetin resurslarına ciddi təzyiq göstərib. Alimlər əhalinin sayının tədricən azalmasının təbii demoqrafik eniş yolu ilə həyata keçirilməli olduğunu vurğulayırlar.
Mövcud artım tempi davam edərsə, 2100-cü ildə dünya əhalisinin 11,4 milyarda çatacağı proqnozlaşdırılır. Bu isə karbon emissiyalarının artması, biomüxtəlifliyin azalması, enerji istehlakının yüksəlməsi və təbii ehtiyatlardan istifadənin daha da intensivləşməsi ilə nəticələnə bilər.
Yaponiyanın Şizuoka Universitetinin alimləri isə doğum səviyyəsinin qlobal azalmasının nəsillərin, dillərin və mədəniyyətlərin yox olmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Onların araşdırmasına əsasən, əhalinin davamlı inkişafı üçün orta doğum göstəricisi hər qadına ən azı 2,7 uşaq olmalıdır. Hazırda isə dünya əhalisinin üçdə ikisi bu həddən aşağı doğum səviyyəsinə malik ölkələrdə yaşayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?