Alimlər açıqladı — 121 planetin Ayında gizli həyat var

“Astrophysical Journal” dərgisində kosmosla bağlı yeni iddia səsləndirilib.
“Ölkə.Az” xəbər verir ki, məqaləyə əsasən, uzaq ulduzlarda dövr edən 121 nəhəng planetin Ayında həyatın olması mümkündür. Alimlər qeyd ediblər ki, bu həyat forması Yerdəki həyat forması ilə eyni ola bilər.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
“Günəş sistemində minimum 175 Ay var. Bu Aylar səkkiz planetin ətrafında dövr edir. Onların çoxu Yupiter və Saturnun payına düşür. Hər iki planet “həyat zonası”nın sərhədlərindən kənarda yerləşir. Ekzo Aylar isə daha uyğun şəraitdə ola bilərlər. Onların axtarışı kənar sivilizasiyalar tapmaq şansını axtarır”, – deyə Kaliforniya universitetinin astronomu Stiven Keyn deyib.
Son iyirmi il ərzində astronomlar 4 min yeni planet kəşf ediblər. Bu planetlər uzaq ulduzların ətrafında dövr edirlər. Onların bir çoxu kifayət qədər mürəkkəb ulduz sistemlərindədirlər. Bu dövr ərzində cəmi bir Ekzo Ay kəşf edilib.
Günəş sistemi sərhədlərindən kənarda ilk planet peyki ötən ilin iyul ayında Devid Kippinq və Aleks Tiçi tərəfindən kəşf edilib. Bu peyk “Kepler-1625b” planetinin ətrafında dövr edir. Planetin Saturnun analoqudur və radiusu Yupiterdən iki dəfə az, Yerdən isə 6 dəfə böyükdür. Peykin ətrafında bir dövr 287 günə başa gəlir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar