03.09.2026 - 21:58
Təhsil 20 baxış

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb. Abituriyentlər və subbakalavrlar müsabiqənin nəticələrini Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən və ya mobil operatorlar vasitəsilə 7727 nömrəsinə “iş nömrəsi” və ya “7 rəqəmli kod”u göndərməklə öyrənə bilərlər.

Minval.info xəbər verir ki, bu il ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1760 boş yerdən 390 nəfər, o cümlədən 167 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul edilib. Plan yerlərinin 87.92%-i dolub, 2231 yer isə boş qalıb.

Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul olunanlar 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: