Ali məktəblərdə tədris distant olacaq?

Sosial şəbəkələrdə ali təhsil müəssisələrində 2021/2022-ci tədris ilinin distant formada başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “MİNVAL.İNFO”a açıqlama verib.
Sözçü bildirib ki, yayılan məlumatlarla bağlı onlarda məlumat yoxdur:
“Yəni mənim o xəbərdən xəbərim yoxdur. Məlumatlı deyiləm”.
Qeyd edək ki, koronavirus səbəbindən 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdu. Həmin tarixdən bütün ali məktəblər distant formada tədrisi davam etdirib. Sonuncu brifinqdə dövlət rəsmiləri tərəfindən tədris ilinin ənənəvi bərpası ilə bağlı anons verilib. Tədris ilinin başlamasına iki həftədən az müddət qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?