Ali məktəblərə qeydiyyat tarixləri açıqlandı
Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin qeydiyyat tarixləri açıqlanıb. Qeydiyyat prosesi avqustun 28-dən sentyabrın 8-i saat 18:00-dək davam edəcək.
Minval.info xəbər verir ki, qeydiyyat yalnız my.gov.az portalı vasitəsilə həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin müvafiq xidməti bu platformada istifadəyə verilib. Qəbul olunan şəxslər mygov ID vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq, “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçməli və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlər müvafiq ixtisasa yerləşdirilmədən imtina etmiş sayılacaq və onların qəbul əmri ali məktəbə göndərilməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?