Albaniya xarici turistlərin ölkəyə giriş qaydalarına dəyişiklik edib
Alb
aniyaya daxil olan bütün şəxslər üçün sentyabrın 6-dan etibarən yeni qaydalar tətbiq olunacaq.
“Minval.info” xəbər verir ki, bu barədə “Albanian daily news” məlumat yayıb.
Yeni qaydalara görə, Albaniyaya daxil olmaq istəyən şəxslər aşağıdakılardan birinə malik olmalıdırlar: vaksinləmə haqqında sertifikat (peyvəndlə səfər arasında azı 2 həftə vaxt olmalıdır), mənfi nəticəli PCR testi (ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış) və ya sürətli antitel testi (ölkəyə daxil olmazdan 48 saat əvvəl alınmış), yaxud koronavirusdan sağalmanı təsdiq edən sənəd (sağalmadan sonra 6 ay ərzində).
Bu qaydalar 6 yaşınadək uşaqlara şamil edilmir.
Bu sənədlərə malik olmayan hətta ölkə vətəndaşları da 10 günlük karantinə alınmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!