Ailə münaqişəsi 2 nəfəri xəstəxanalıq etdi
Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.
Minval.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir