Ağdaşda soyğunçu dəstə saxlanıldı
Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib.
DİN-dən Minval.İnfo-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib.
Soyğunçuluq yolu ilə əldə etdikləri “qənimət” və sənədlər maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suraxanıda oğurluq edən şəxs saxlanıldı
Şəki yaylası faciəsi: Sahibkarı hansı cəza gözləyir?
Keçmiş baş konsul qızıl qaçaqmalçılığında ittiham olunur
Şəkidə faciə: İki gənc həyatını itirdi
Arzunun dəhşətli qətli: Prokurorluq ömürlük həbs istəyir
Binəqədidə kirayəçi 8 min manatlıq oğurluq etdi
Vilyam Hacıyevin maşınlarını oğlu aldı!
