Ağdamda gizli niyyət: Pua görüntüləri yanğın sirrini açdı
Ağdam rayonunda son günlərdə baş verən yanğın hadisələrinin səbəblərini araşdırmaq məqsədilə polis əməkdaşları tərəfindən geniş tədbirlər həyata keçirilib.
Minval.info xəbər verir ki, araşdırmalar çərçivəsində əraziyə göndərilən pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil edilib. Bu materiallar əsasında Ağdam və Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırıldığı müəyyən olunub.
İlkin araşdırmalar nəticəsində, 77 PT 225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynlinin bu hadisəni törətdiyinə dair əsaslı şübhələr ortaya çıxıb və o, saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb və S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün aspektlərinin tam araşdırılması üçün zəruri prosessual tədbirlər davam etdirilir.
ƏLAQƏLİ
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
Xatırladaq ki, son günlərdə Ağdamın bir sıra kəndlərində yanğınlar baş verirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada azərbaycanlı gəncin keçmiş sevgilisini öldürməsinin təfərrüatı
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir