Ağcabədidə 70 yaşlı kişi arvadını öldürdükdən sonra intihara cəhd edib
Ağcabədi rayonunda arvadını qətlə yetirməkdə şübhəli bilinən 70 yaşlı Əliyar Mehdiyev intihara cəhd edib.
Minval.info APA-ya istinadən bildirir ki, Əliyar Mehdiyev 67 yaşlı həyat yoldaşı Güldəstə Mehdiyevanı kəsici-deşici alətlə öldürdükdən sonra bir neçə dərman ataraq intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, hazırda həkim nəzarəti altındadır. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu bildirilib.
Əliyar Mehdiyevin səhhəti yaxşılaşdıqdan onun təqsirləndirilən şəxs qismində tanınaraq məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, ötən gün 1956-cı il təvəllüdlü Güldəstə Mehdiyevanın kəsici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. Əliyar Mehdiyev polis əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Araşdırmalarla cinayət əməlini onun həyat yoldaşı 1953-cü il təvəllüdlü Əliyar Mehdiyevin törətməsi ilə bağlı əsaslı şübhələr müəyyən olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir