AFFA-nın keçmiş prezidentinin qohumunun qatilləri tutuldu
Tovuz rayonunda törədilən qətl hadisəsi ilə bağlı yeni məlumat var.
Minval.info musavat.com-a istinadən xəbər verir ki, fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətlində şübhəli bilinən bir neçə nəfərin ifadəsi alınıb. Qətl olayında şübhəli bilinənlər arasında Ruhiyə adlı gənc qadın da var. Qadının Fərman Məmmədovun yaxın qohumu olduğu deyilir. Şübhəli şəxs kimi saxlanılan digər iki şəxsdən birinin Fərman Məmmədovun oğlunun dostu olduğu, digərinin isə “Krokodil” ləqəbli xalça alverçisi olduğu deyilir. Başqa bir şübhəlinin isə Şəmkir rayon sakini olduğu bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur.
Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir