AFFA məşqçini cəzalandırdı
AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb.
Minval.info qurumun saytına istinadən xəbər verir ki, U-13 Liqasında Sumqayıt “UGİM 1”i ilə oyun başa çatandan sonra “Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təsir göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Bundan başqa, “Uğur” (Ucar) komandasının futbolçusu Musa Hacızadə “Sabirabad”la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub.
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş “Avanqart” – “Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb.
İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya “Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır