16.09.2026 - 16:49
Ölkə 17 baxış

Admıu tələbələrinə təhdid: Araşdırma başladı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qəbul olunan tələbələrə qarşı sosial şəbəkədə yayılan təhdid videosu narahatlıq doğurub. Videoda birinci kurs tələbələrinə qarşı hədə-qorxu ifadələri işlədilib. “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər, tələbələri hədələyərək, lazım gəldikdə onlara fiziki xəsarət yetirəcəklərini bildiriblər. Onlar daha əvvəl də bu cür əməlləri törətdiklərini və aşağı kurs tələbələrinə “dərs vermək” məqsədilə üzlərinə cızıqlar atdıqlarını qeyd ediblər.

Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bu məsələ ilə bağlı məlumatlı olduqlarını və hazırda araşdırma apardıqlarını bildirib. Videonun müəllifləri sonradan etdikləri müraciətdə görüntülərin düzgün təqdim edilmədiyini iddia ediblər. Onlar canlı yayımda keçən il baş verən hadisələrdən danışdıqlarını və bu səbəbdən yanlış anlaşılma olduğunu bildiriblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: