Aclıqdan əziyyət çəkənlərin sayı artıb
S
on bir ildə 43 ölkədə aclıqdan əziyyət çəkənlərin sayı 45 milyon nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu statistika BMT-nin Dünya Qida Proqramı Fondunun son hesabatında yer alır. Baş ofisi Romada yerləşən qurum bildirir ki, aclıq çəkənlərin sayı il ərzində 3 milyon nəfər artıb.
Qurumun açıqlamasında göstərilir ki, yanacaq və gübrələrin bahalaşması ərzaq qiymətinin sıçrayışla artmasına səbəb olur. Yəmən və Suriyada uzun müddət davam edən münaqişə fövqəladə halın yaranmasına səbəb olub. Siyahıya son 3 ayda Əfqanıstan da əlavə edilib. Suriyada 12 milyondan çox insan qida tapmaqda çətinlik çəkir. Əfqanıstanda isə ailələr ərzaq almaq üçün uşaqlarını satmağa məcbur olurlar.
Aclıqla bağlı vəziyyətin ən ağır olduğu ölkələr sırasına Efiopiya, Somali, Anqola, Keniya, Burundi və Haiti də daxildir.
BMT-nin qurumu qeyd edir ki, aclığın aradan qaldırılmasına tələb olunan vəsaitin də həcmi ildən ilə artır. Yanvarda problemin həlli üçün 6.4 milyard dollar tələb olunurdusa, hazırda bu rəqəm 7 milyardı keçib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
22 yaşlı azərbaycanlı gənc 15 yaşlı həmyerlisilə cinsi əlaqədə oldu
Onlar deputat oldular - SİYAHI
Milyoner kişi evlənmək istədi, 2500 qız elçi düşdü - Fotolar
Dövlət Komitəsi: Xədicə ilə bağlı yayılan videolar reallığı əks etdirmir
Nazarbayev Paşinyanı pərt elədi
Prezident icra başçısını vəzifədən AZAD ETDİ