Abşeronda sahibsiz itlər üçün yeni sığınacaq inşa edilir
Bakı şəhərindəki sahibsiz itlərlə bağlı həyata keçirilən layihənin davamı olaraq yeni it sığınacağı yaradılacaq.
Bu barədə “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində 5 min it yerlik olacaq bu sığınacaqda “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən küçələrdən toplanan və mərkəzdə müəyyən tibbi prosedurlardan keçən itlər məskunlaşacaq.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Yeni sığınacaq sahibsiz itlərin məskunlaşma yeri olmaqla yanaşı, həmçinin onların baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatələndiyi məkan olacaq. Pirəkəşkül qəsəbəsindəki sığınacağın 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi fərdi şəxslər tərəfindən yaradılan sığınacaqlara dəstək göstərilməsi istiqamətində daha bir layihəni başa çatdırmaq üzrədir. Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki park ərazisində olan it sığınacağının müraciəti əsasında “Toplan” Mərkəzi onların mövcud şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirib. Müraciət əsasında “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzi tərəfindən itlər üçün yeni ünvanda müasir tələblərə cavab verən sığınacaq inşa olunub. Sentyabr ayında istifadəyə veriləcək bu sığınacaqda it qəfəsləri, su, kanalizasiya və işıqlandırma sistemi qurulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var