Abşeronda 3 şəhidin il mərasimi keçirildi - Fotolar

Bu gün Abşeron şəhidləri Nurlan Ağakişiyev, Cəbrayıl Dövlətzadə və Rahid Sadıxovun anım mərasimi keçirilib.
“Minval.info” xəbər verir ki, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
İştirakçılar əvvəlcə II Fəxri xiyabana gələrək şəhid Cəbrayıl Dövlətzadənin və Nurlan Ağakişiyevin məzarını ziyarət edib, önünə tər çiçəklər düzərək, dualar oxuyublar. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra iştirakçılar şəhid Rahid Sadıxovun və Nurlan Ağakişiyevin yaşadığı ünvana gələrək şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər.
RİH başçısı İ.Gülməmmədova şəhidlərimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?