Abşeronda 20 min saxta manatı 4100 dollara satmaq istəyən şəxs tutulub
Abşeron rayonunun Masazır qəsəbəsində 20 000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə minval.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan Rayon Polis Şöbəsinə Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Cəfərovun Masazır qəsəbəsi ərazisində yerləşən çay evlərindən birində saxta pul satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Birgə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 20000 saxta manatı 4100 ABŞ dollarına satmaq istəyən zaman cinayət başında tutulub.
Qeyd edək ki, O.Cəfərov saxta pulların hazırlanması və dövriyyəsi ilə məşğul olduğu üçün bir dəfə Rusiya Federasiyasında da məhkum olunub.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir