ABŞ vətəndaşlarına daha 1 il KXDR-ə səfər etmək qadağan olunub

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarının Şimali Koreyaya səfərlərinə qoyulmuş qadağanın müddətini daha 1 il müddətinə uzadıb.
“Minval.info” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi bildirib.
“Dövlət Departamenti müəyyən edib ki, ABŞ vətəndaşları üçün əvvəlki kimi fiziki təhlükəsizliyə bilavasitə təhlükə törədən həbs və uzun müddətli saxlanılma ilə bağlı ciddi risk mövcuddur”, – Dövlət Departamentinin ABŞ Federal hökumətinin rəsmi jurnalının saytında dərc edilmiş xəbərdarlığında deyilir.
Buna müvafiq olaraq, Koreya Xalq Demokratik Respublikasına (KXDR) bütün ABŞ pasportları bu səfər üçün xüsusi olaraq təsdiqlənmədikcə etibarsız sayılır.
Qeyd edilir ki, əgər müddət ABŞ Dövlət Departamenti tərəfindən uzadılmasa və ya ləğv edilməsə, Koreya Xalq Demokratik Respublikasında səfərlərə məhdudiyyət 2022-ci ilin 31 avqustunda başa çatacaq.
Xatırladaq ki, ABŞ vətəndaşlarının KXDR-ə gedişinə qadağa ilk dəfə amerikalı tələbə Otto Uormbierin Şimali Koreyada həbsi zamanı xəstələnməsindən və vətənə qayıtdıqdan az sonra ölümündən sonra Birləşmiş Ştatların o zamankı dövlət katibi Reks Tillerson tərəfindən 2017-ci ildə tətbiq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Prezidenti: “Xalqın tələblərinə qarşı mübarizə aparmaq qanuni deyil”
İŞİD-dən Suriya ordusuna hücum - 40 ölü
Süleyman Kərimovun həbsi Kreml oliqarxiyası üçün kabusa çevrilib
Suriyada İŞİD terror təşkilatının isveçli cəlbedicisi saxlanılıb
Komada olan qadın sağlam uşaq doğdu
Səudiyyədən növbəti həmlə: 2020-ci ildə...