ABŞ və sepah arasında gizli təmaslar: İran iddiaları rədd edir, sanksiyalar mövqeyi dəyişmir
Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün Omanla aparılan danışıqlar davam edir. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai, bu müzakirələrin gəmilərin hərəkət marşrutlarının əsas parametrlərini əhatə etdiyini bildirib. Tərəflər, razılaşmaları marşrut xəritəsi ilə birgə bəyanat şəklində sənədləşdirmək niyyətindədirlər.
Minval.info xəbər verir ki, ABŞ və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) arasında İraq Kürdistanı vasitəsilə gizli təmaslar barədə yayılan xəbərlərə münasibət bildirən Bəqai, bu iddiaları “süni” və İran dövlət strukturları arasında ixtilaf yaratmaq cəhdi kimi dəyərləndirib.
Tehran, ABŞ-nin yeni sanksiyaları, xüsusilə Çin neftayırma şirkətlərinə və banklarına qarşı mümkün tədbirlərin İranın mövqeyini dəyişməyəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyi, ölkənin ABŞ təzyiqinə qarşı durmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazır olduğunu vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Günəş sisteminin dağılması gözləniləndən daha tez baş verə bilər
Rusiya Avropaya hücum planlarını hazırlayıb
Fransada tələbə etirazları yenidən şiddətlənib
Böyük Britaniyada əhali artımı 1998-dən bəri ən aşağı səviyyədədir
Norveçdə canavarlarla qarşılaşmanın mənəvi təsirləri araşdırılır
Texasda ICE agenti tərəfindən vurulan adam əməliyyat edildi
Böyük Britaniyada uşaqlarla oturma haqqı üçün ödənişlər ləğv edildi