ABŞ Ukraynaya əlavə silah tədarük edəcək

ABŞ Ukraynaya əlavə silah və hərbi məsləhətçilər göndərməyi planlaşdırır.
“Minval.info” “CNN”ə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya Silahlı Qüvvələrinin Ukrayna sərhədi yaxınlığında cəmləşməsi ilə bağlı iddialar göstərilir.
Telekanalın mənbələrinin məlumatına görə, Vaşinqton Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri və minaatanlar göndərmək istəyir.
“Ukraynalı hərbçilər, həmçinin ABŞ-dan “Stinger” zenit-raket kompleksləri, amerikalılar tərəfindən alınmış Rusiyanın “Mi-17” helikopterlərini də əldə edə bilər”, – deyə mənbə bildirib.
ABŞ administrasiyasının bəzi nümayəndələrinin bu açıqlamadan narahat olduğu qeyd olunur. Onların fikrincə, Kreml bu cür tədarükləri Amerika rəhbərliyinin vəziyyəti nəzərəçarpacaq dərəcədə gərginləşdirməyə cəhdi kimi qəbul edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü