ABŞ Türkiyə ilə razılığa gəldi
Dövlət departamenti ABŞ-la Türkiyə arasında “Patriot” zenit-raket kompleksinin satışı ilə bağlı 3,5 milyard dollarlıq sazişi təsdiqləyib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Pentaqon bəyanat yayıb.
Türkiyə 20 buraxılış qurğusu və 80 qabaqlayıcı raketin alınması ilə bağlı ABŞ hökumətinə müraciət edib.
“Türkiyə öz raket əleyhinə müdafiə potensialının möhkəmləndirilməsi, öz ərazi bütövlüyünün qorunması və regional təhdidlərın qabaqlanması məqsədilə “Patriot” sistemindən istifadə edəcək.
Təklif edilən satış, türk hərbçilərin düşmən təcavüzündən qorunmaq və Türkiyə daxilində təlim keçə və hərəkət edə bilən NATO üzrə müttəfiqləri qoruması üçün müdafiə imkanlarını genişləndirəcək”, – deyə idarənin məlumatında bildirilir.
Qeyd edək ki, Pentaqon bu bəyanatı ABŞ və Türkiyə arasında bir sıra məsələlərdə hələ də gərginliklərin (xüsusilə Ankaranın Rusiyadan S-400 ZRK sistemlərini almaq məsələsində) olması fonunda yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!