ABŞ təxliyə edilmiş hər əfqana 2275 dollar ödəyəcək

ABŞ hökuməti və özəl təşkilatları təxliyə olunmuş hər əfqana 2275 dollar verəcək.
“Minval.info”un məlumatına görə,Vəsait köç prosesinə maddi dəstək məqsədilə ödəniləcək.
Yaxın zamanlarda fəaliyyətə başlayacaq xüsusi proqram çərçivəsində əfqan miqrantlara yaşayış yeri ilə təminat, uşaqların təhsilə cəlb edilməsi, həmçinin məşğulluq məsələlərində yardım göstəriləcək.
Bununla yanaşı, qaçqınlara tibbi sığorta sahəsində də güzəştlər olunacaq.
Qeyd edək ki, ABŞ tərəfindən Əfqanıstandan 123 min şəxsin təxliyyə olunduğu bildirilib.
Onlardan 6 mininin ABŞ vətəndaşı olduğu qeyd edilib. Təxliyə edilən əfqanlardan ən az 50 min nəfərinin ABŞ-da məskunlaşdırılacağı vurğulanıb.
Mənbə: “Bloomberg”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!