ABŞ ərəb koalisiyasını Yəmənə hava zərbələrini dayandırmağa çağırıb
ABŞ Səudiyyə Ərəbistanının himayəsi altında olan koalisiyanı Yəmənin bütün ərazilərinə hava zərbələrini dayandırmağa çağırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bildirib.
“Husilərin nəzarət etdikləri ərazilərdə raket və uçuş aparatları zərbələri də daxil olmaqla, düşmən hərəkətlərinə son qoymaq vaxtı gəlib. Koalisiya Yəmənin bütün məskun edilmiş rayonlarındakı hava zərbələri dayandırılmalıdır”, – deyə Pompeonun bəyanatında bildirilir.
Dövlət katibi həmçinin tərəfləri münaqişəyə son qoymaq üçün və silahsızlaşdırılmış zonanı yaratmaq üçün “üçüncü ölkədə” Yəmən üzrə danışıqlar aparmağa çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ötən gün Yəmənin Turki əl-Maliki vilayətinə endirdiyi hava zərbəsi nəticəsində “Ənsar Allah” qruplaşmasının 150 üzvünün zərərsizləşdirildiyini bildirib. Üsyançıları məhv edən raket zərbəsi qruplaşmanın təlim-məşq bazasına endirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ