ABŞ ordusundakı azərbaycanlı Bakıda ölü tapıldı
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan İslamlı Bakıda ölü tapılıb. Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub və ailəsi uzun müddətdir burada məskunlaşıb. Atası Laçın rayonundan olan Turan, Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib və mühəndis ixtisasına yiyələnib. O, bir müddət Şuşada memar kimi fəaliyyət göstərdikdən sonra ABŞ-yə köçərək ordu sıralarına qoşulub.
Minval.info xəbər verir ki, Turan İslamlı həmçinin güclü şahmatçı kimi tanınıb. Ailəsində ata-anası, iki qardaşı və bir bacısı olan Turan, “Green Card” qazanaraq ABŞ-yə gedib və orduya daxil olub. O, bütün fənləri yaxşı bilib və ingilis dilində imtahan verib. Dünən məzuniyyətə Bakıya gələn Turanın cansız bədəni səhər saatlarında tapılıb.
Hadisənin səbəbləri barədə hələlik əlavə məlumat verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi