“ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək”
İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmur. Bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın dövlət katibi Mayk Pompeonun sözlərinə cavab olaraq deyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu il də ABŞ-İran münasibətləri gərginləşməkdə davam edəcək: “Açıq etiraf etməliyik ki, İran nüvə silahı əldə etmək istəmir. Buna baxmayaraq ABŞ və İsrail İranı zəiflətmək istəyirlər. Çünki İranın qonşu dövlətlərə təsirləri var. İran isə düşünür ki, həmin ölkələrdəki müəyyən qruplara dəstək verməsə ABŞ və İsrail sərhəddə yerləşəcək. Tətbiq olunna sanksiyalar İranda iqtisadi və sosial sahədə çətinliklər yaradır. Vaşinqton İranı tam gücdən salana qədər bu siyasətini davam etdirəcək”.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın təxribat xarakterli raket buraxılışlarını yenidən nəzərdən keçirməli və daha dərin iqtisadi və diplomatik təcridlə üzləşməmək üçün ballistik raketlərlə bağlı istənilən hərəkətlərdən imtina etməli olduğunu bildirmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!