ABŞ-ın vitse-prezidenti sülh və sabitliyə əsas təhdidin nə olduğunu açıqlayıb

“Konfrans çərçivəsində region ölkələrinin liderləri Yaxın Şərqdə sülh və təhlükəsizliyə əsas təhdidin İran İslam Respublikası olduğu fikri ilə razılaşır”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens ABŞ və Polşa tərəfindən Varşavada təşkil edilən Yaxın Şərq üzrə konfransda deyib.
Onun sözlərinə görə, İran dünyada terrora sponsorluq edən lider dövlətdir.
Eyni zamanda ABŞ-ın vitse-prezidenti qeyd edib ki, İranı dəstəkləyən Avropa ölkələrinin hərəkətləri Brüssellə Vaşinqton arasındakı ziddiyyətlərin dərinləşməsinə səbəb olacaq.
“Avropadakı bəzi tərəfdaşlar İrana qarşı sanksiyalarımızdan yayınmağa imkan verəcək mexanizmlər yaratmağa çalışırlar. Bu alət ABŞ sanksiyalarını pozmaq cəhdidir. Bu, İranı gücləndirəcək, Aİ-ni zəiflədəcək və Avropa ilə Amerika arasındakı fikir ayrılığını dərinləşdirəcək”, – deyə M.Pens xəbərdarlıq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!