ABŞ-ın Müdafiə Nazirliyində qalmaqal: istefa dalğası başlayıb
Trampın Suriya qərarına etiraz edən admiral istefa verdi
Donald Tramp ABŞ-ın Suriyadakı hərbi kontingentinin çıxarılacağını bəyan etdiyi günün ertəsi ABŞ-ın müdafiə naziri Cim Mettis tutduğu vəzifədən istefa verdi və prezidentə şok yaşatdı. Dəniz piyadaları korpusunun generalı, “Çılğın köpək” (“Mad Dog”) ləqəbli, 68 yaşlı generalın gedişi ilə iş bitmədi.
Müdafiə Nazirliyinin yüksək vəzifəli daha bir admiralı istefa verib. 2017-ci ilin yanvarından vəzifə başında olan Kevin Sviney Müdafiə Nazirliyinin Baş Qərargahının rəisi idi. O, Cim Mettisin istefasından düz bir ay sonra istefa qərarını açıqlayıb. Admiral istefa ərizəsində prezident Trampın adını çəkməyib.
BBC yazır ki, ABŞ-ın Müdafiə Nazirliyində və xarici siyasətində qeyri-müəyyənlik yaranıb. Problemin kökündə dayanan səbəb isə ABŞ prezidentinin Suriya ilə bağlı gözlənilməz açıqlamasıyla əlaqəlidir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə axşamı Yaxın Şərqə səfər edəcək. Səfər regiondakı Amerikaya bağlı dövlətlərin rəhbərlərini sakitləşdirmək məqsədi güdür.
Xatırladaq ki, prezident Trampın Suriya açıqlamasından sonra Müdafiə Nazirliyinin mətbuat katibi, xanım Dana Vayt da istefa vermişdi.(musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada ilk dəfə “amansız isti gün” xəbərdarlığı verildi
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür