ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb
ABŞ Hökuməti maliyyə çatışmazlığı səbəbindən öz fəaliyyətini qismən dayandırıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
“Shutdown” adlandırılan bu proses Meksika ilə sərhəddə divarın tikintisi üçün vəsaitin ayrılması məsələsi ilə bağlı Konqresdə respublikaçılar və demokratlar arasında danışıqların iflasa uğramasının nəticəsi olub.
ABŞ qanunvericiləri ölkədə oktyabrın 1-də başlayan 2019-ci maliyyə ili üçün hələ də büdcəni qəbul etməyiblər. Büdcə dekabrın 21-dək təsdiq olunmalı idi, lakin Konqresin hər iki palatası cümə günü öz iclaslarını kompromis qətnamə qəbul etmədən yekunlaşdırıb.
Hökumətin, təxminən, dörddə bir hissəsi, o cümlədən Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri maliyyələşdirmədən kənarda qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Poroşenko Zelenskinin debat çağırışını qəbul etdi
Alimlər qocalığın qarşısını almaq üsulunu aşkarlayıblar
Maduro İslam dinini qəbul edə bilər
Braziliya Venesuela ilə sərhədə qoşun göndərib
ABŞ-da naməlum şəxs Trampın kortejinin qarşısını kəsmək istədi
Ermənistanda koronavirusa yoluxanların sayı 64-ə çatıb