ABŞ Əfqanıstandakı son kəşfiyyat bazasını məhv edib
ABŞ hakimiyyəti bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstanın paytaxtı Kabil hava limanından xaricdə yerləşən sonuncu postu “Eagle” bazası ölkənin silahlı qüvvələrinin nəzarəti altında məhv edilib.
“Minval.info” xəbər verir ki, bu barədə “New York Times” yazıb.
Bildirilir ki, bu, addım istənilən tərk edilmiş avadanlığın və ya informasiyanın “Taliban” hərəkatı üzvlərinin əlinə düşməməsi üçün atılıb. Əməliyyat əvvəlcədən planlaşdırılıb və avqustun 26-da aeroportda törədilmiş partlayışlarla qətiyyən əlaqəli deyil.
“Eagle” bazası keçmiş kərpic zavodunun ərazisində yaradılıb və Əfqanıstanda bütün münaqişə boyunca istifadə olunub. Baza kiçik forpostdan Əfqanıstanın kəşfiyyat xidmətlərinin antiterror qüvvələrinin təlimi üçün istifadə olunan geniş mərkəzə çevrilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Düşənbə-Urumçi-Düşənbə reysləri dayandırılıb
İnternetdə tanış olduğu qadınların hesabına dünyanı gəzdi – FOTOLAR
Almaniyada binada partlayış olub, 1 nəfər ölüb, 25 nəfər yaralanıb
ABŞ və Rusiya prezidentləri sabah görüşəcəklər
KİV: "ABŞ Çində koronavirusun tədqiqini maliyyələşdirib"