25.09.2026 - 11:25
ABŞ Ermənistanda Media üçün 7,5 Milyon Dollar Ayırıb
Media 7 baxış

ABŞ Ermənistanda media üçün 7,5 milyon dollar ayırıb

ABŞ hökuməti “Ermənistanda Media Proqramı” çərçivəsində media qurumlarını, jurnalistləri və bloqçuları dəstəkləmək üçün 7,5 milyon dollar məbləğində vəsait ayırıb. Bu məlumat hökumətin xərclərinə dair hesabatda öz əksini tapıb.

Minval.info xəbər verir ki, ilkin planda Vaşinqton bu proqrama 15 milyon dollar sərf etməyi nəzərdə tutmuşdu. Layihə 2023-cü ildə başlayıb və 2028-ci ilə qədər davam etməsi planlaşdırılırdı. Lakin, iki il sonra maliyyələşdirmə dayandırılıb.

Bu proqramın vəsaitləri müstəqil medianı dəstəkləyən beynəlxalq qeyri-kommersiya təşkilatı “Internews” vasitəsilə təmin olunub. 2024-cü ilin dekabrına olan məlumata görə, proqram çərçivəsində 59 Ermənistan media orqanı dəstək alıb və 338 media nümayəndəsi təlim keçib.

Proqram çərçivəsində jurnalistlər və bloqçular tərəfindən 805 material dərc olunub. Donald Trampın ikinci prezidentlik müddətinin başlanğıcında proqram dayandırılıb və administrasiya USAID də daxil olmaqla xarici layihələrin maliyyələşdirilməsini yenidən nəzərdən keçirməyə başlayıb.

“Internews” üçün qrant maliyyələşdirilməsi isə 1 mart 2025-ci ildə sona çatdırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: