ABŞ-dan qorxunc proqnoz: III Dünya Müharibəsinin başlaya biləcəyi 4 bölgə
ABŞ Ordusu Müharibə Kollecinin professoru Rober Farli üçüncü dünya müharibəsi ilə bağlı proqnozlarını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert bu barədə “National İnterest” jurnalında yayımlanan “Beynəlxalq maraqlar” adlı məqaləsində yazıb.
Onun fikrincə, dünyanın ən “qaynar nöqtəsi” Cənubi Çin dənizidir. ABŞ-la Çin arasında hələlik “ticarət müharibəsi” səviyyəsində gedən mübarizə cahan savaşına çevirilə bilər.
Siyahının ikinci pilləsində Kerç boğazı qərarlaşıb. Burda Rusiya və Ukrayna arasında hər ötən gün artan gərginliyin qlobal müharibəyə çevirilmək ehtimalı böyükdür. Rusiya Ukraynada prezident seçkiləri öncəsində status-kvonu pozmaq istəməsə də, vəziyyət istənilən kiçik bir hadisədən qızışacaq qədər həssasdır.
Dünyanın üçüncü “qaynar nöqtəsi” isə Bəsrə Körfəzidir. ABŞ-ın İrana qarşı sanksiyaları, Yəmən və Suriyadakı silahlı qarşıdurmalar regionda vəziyyəti gərginləşdirir. Bu bölgədə hər an ABŞ-Rusiya və ABŞ-İran qarşıdurması başlaya bilər. Potensial müharibəyə Çinin də qoşulmaq ehtimalı var.
Siyadı 4-cü pilləni Koreya yarımadası tutur. Son dövrlər ABŞ və Şimali Koreya, həmçinin Cənubi və Şimali Koreya arasında sülh yolunda müəyyən addımlar atılır və vəziyyət nisbətən sabitdir. Amma növbəti dəfə gərginləşməsi böyük qlobal müharibəyə səbəb ola bilər. Bu gərginliyin həmçinin Çin və Yaponiya kimi böyük aktyorları da olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!