ABŞ-da seçkilər: ilk dəfə homoseksuallar və müsəlman qadınlar qalib gəldi (FOTOLAR)
ABŞ Senatı və Təmsilçilər Məclisinə keçirilən seçkilərdə maraqlı nəticələr və yeniliklər qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, 100 yerlik Senatın 35 yeri üçün keçirilən seçkilərdə üstünlük Respublikaçılarda qalıb. 435 üzvə sahib Təmsilçilər Məclisində isə qələbə 8 il sonra Demokratlar Partiyasının olub.
Ən gərgin seçkilərdən biri Texasda baş tutub. Respublikaçılardan olan Ted Kruz sonra anda Demokratların namizədi Beto O’Rourkeyə qalib gələrək Senat üzvü seçilib.
Demokratlar Partiyasından Rəşidə Tlaib və İlhan Omar Təmsilçilər Məclisinin ilk qadın müsəlman üzvləri seçilib. Tlaib Miçiqanda, Omar isə Minnesotada qalib gəlib.
Koloradonun yeni valisi Cared Polis isə ABŞ-da homoseksual olduğunu qəbul edən ilk vali olaraq tarixə düşdü.
Yerli amerikalılar da Konqresdə ilk dəfə təmsil olunacaq. Belə ki, Nyu Meksikodan Deb Haaland, Kanzasdan ilə Şaris Deyvids Konqres seçkilərində qələbə qazanıb. Deyvids həmçinin Kanzasdan seçilən ilk lezbiyan Konqres üzvüdür.
ABŞ prezidenti Donald Tramp seçkilərin nəticəsini məhtəşəm adlandıraraq hamıya təşəkkür edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ

