Abid Şərifov nəvəsinin otelindən danışdı: "Bunu böyütmək nəyə lazımdır?"
Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə otel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.
Minval.info xəbər verir ki, “unikal.org”a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib. O, bildirib ki, Şəki şəhər icra hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” oteli nəvəsinə məxsusdur:
“Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”
Qeyd edək ki, “Şəki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1,2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
