03.02.2019 - 12:11
Dünya
24 baxış
65 nəfəri öldürən qorxunc bənd uçqununun videogörüntüləri yayıldı
Braziliyada dəhşətli hadisənin videogörüntüləri ortaya çıxıb. Fəlakət yanvarın 25-də baş versə də, videogörüntülər Braziliya mediasında bu günlərdə yayımlanıb.
“Vale” firmasının istismar etdiyi dəmir filizi yatağının ətrafında yerləşən bəndin uçması nəticəsində ən azı 65 nəfər həlak olub. Bu günə qədər 279 nəfər itkin sayılır və ehtimal olunur ki, onların əksəriyyətini xilas etmək mümkün olmayacaq.
Torpaq kütləsi maye kimi ətrafa doğru yayıldıqca maşınların panika içində xilas olmağa çalışdığı görünür. Bəndin yanında yerləşən evlər və yaxınlıqdakı Brumadinyo şəhərinin bəzi hissələri axının altında qalıb. Ərazidə torpaq sürüşmələrinin davam etmə ehtimalı da qalmaqdadır.
Bizimyol.info “The Guardian” nəştinə istinadən həmin videogörüntüləri təqdim edir:
https://www.youtube.com/watch?time_continue=40&v=sKZUZQytads
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31
