60 manata görə həbs olunan Əliağa: "Həbsxanada oğlan sevgilim var idi, söz vermişdim ki, yanına gələcəm"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda aptek satıcısını şüşə parçası ilə hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliağa Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Minval.İnfo“Report”-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Elan olunmuş ittiham üzrə Ə.Abdullayev özünü təqsirli bildiyini deyib.
O, sərbəst ifadəsində hadisəni bilərəkdən törətdiyini, ittihamda yazılanlarla razı olduğunu söyləyib: “Həbsdə yaxın tanışım, yəni “oğlan sevgilim” var idi. Ona söz verdim ki, “məm də yanına gələcəm”. Buna görə də cinayət törətdim”.
Ə.Abdullayev hadisə zamanı aptek satıcısından apardığı 60 manat pulu zərərçəkmişə qaytardığını bildirib.
Zərərçəkmiş Elsevər Hüseynov dindirilən zaman ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını vurğulayıb.
Məhkəmənin baxış iclası avqustun 28-nə təyin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bu il martın 15-də Abşeron rayon Polis idarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heyvan sövdələşməsi Şəmkirdə davaya səbəb oldu
Heyvanlara işgəncə verənlərə ağır cərimələr!
Gül bağçasında dəhşət: Ərini basdıran qadın 12 il cəza aldı
Naxçıvanda saxta sənəd fırıldağı: 250 min mənimsədi
30 il sonra Şuşa həbsxanasına qayıtdı
Uğur 777"də qanunsuz əməliyyatlar: Məhkəmə başladı
Suraxanıda oğurluq edən şəxs saxlanıldı